“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır

“Əli İnsanov əfv oluna bilər” –Hüquq müdafiəçisi keçmiş nazirin azadlığa çıxacağına inanır 

“Bizim Avropa İttifaqı və Şurasının nümayəndələri ilə görüşlərimiz olur. Görüşlərdə Azərbaycanda atılan addımları müsbət dəyərləndirirlər.

Siyasi məhbusların içərisində Əli İnsanov da var. Biz siyasi məhbus problemini tam aradan qaldırsaq, müsbətə doğru çox şeylərə nail ola bilərik. Əli İnsanovun azadlığa çıxmasını çox istəyirəm. O, Heydər Əliyevin ən yaxın dostlarından olub. Heydər Əliyevin yanında çox böyük xidmətləri olub. 

Əli İnsanov daxil, bütün siyasilər azad edilsə, hamının yanında başı uca gəzərik, sözümü tam şəkildə deyə bilərik. Aparılan islahatlarla bərabər bütün siyasi məhbuslar da   azad olunsa, əmin olun ki, hər kəs Azərbaycana həsəd aparacaq. Əli İnsanov yaşlı adamdır.  14 il həbsdə olduğu müddət ərzində bir dəfə də onun nəyəsə irad tutduğunun şahidi olmamışıq. Bu insanın akademik olmağı, həbsxanada özünü ləyaqətlə aparmağı azad olunmasına əsas verir. Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”.

Bu sözləri musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O sabiq nazirin əfv ərizəsi yazmamasının hansı nəticələr verə biləcəyinə də toxundu:  “Biz bütün siyasilərin adından əfv üçün məktub yazırıq. Prezidentdən xahiş edirik ki, filankəslər azad olunsun. Bu baxımdan Əli İnsanov əfv yazmasa belə, onun adından onsuz da əfv müraciətləri edilib. Hesab edirəm ki, yaşına, işinə baxılıb, Əli İnsanov əfv oluna bilər”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər