Əliyevə dedim ki, təcili 900 milyon lazımdır...

Əliyevə dedim ki, təcili 900 milyon lazımdır... - Lukaşenko

Belarus mətbuatı Prezident Aleksandr Lukaşenkonun dünən rusiyalı jurnalistlərə verdiyi müsahibənin daha bir hissəsini yayımlayıb.

 Lukaşenko müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Mən Rusiyaya təcili olaraq 900 milyon dollar qaytarmalı idim. Doğma qardaşlarım mən təzyiq etməyə başladılar. Qazı kəsdilər. Mən İlham Əliyevə zəng edib dedim ki, təcili mənə 900 milyon lazımdır. Mən öz maliyyə nazirimi, hökumət nümayəndələrimi göndərəcəm və onlar müqavilə imzalayacaqlar. Mənə pul sadəcə sabaha lazımdır, Putinə 900 milyon dollar verməliyəm. Bu hadisə 8 il əvvəl olub. Bu, düz sözümdür, o mənə sabahısı 900 milyon ayırdı. Mən ona söz verdim ki, bu pulu 3 həftə və ya bir ay sonra geri qaytaracağam, amma daha tez qaytardım. Qulaq asın, bu, çox dəyərli bir şeydir. Ona görə də mən ona çox yaxın insan kimi davranıram. Eyniylə də o mənə belə davranır”, – deyə o bildirib.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər