ƏLİYEVİN SİYASİ UĞURU: separatçı rejimin işğalçılıqla,talançılıqla məğul olduğu etiraf olunur

ƏLİYEVİN SİYASİ UĞURU: separatçı rejimin işğalçılıqla,talançılıqla məğul olduğu etiraf olunur 

“Azadlıq radiosu”nun erməni xidməti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevin Şuşaya sonuncu səfərindən video paylaşıb.

Diqqət çəkən məqamlardan biri ermənilərin Azərbaycan Prezidentinin səfərinin görüntülərinə yazdıqları şərhlər olub.

 Belə ki, erməni istifadəçilər Şuşanın qısa müddət ərzində bərpa edilməsi ilə bağlı öz heyrətlərini gizlədə bilməyiblər.

 İstifadəçilərdən bəziləri işğal dövründə Qarabağda hakimiyyətdə olan separatçı rejimin 30 il ərzində Şuşanı talan etdiyini, dağıtdığını bildiriblər. Onların sözlərinə görə, işğal dövründə Qarabağ tanınmaz hala düşüb.

 “Bəs bizim rəhbərlər 30 il ərzində nə iş görüblər?!”, - deyə digər bir istifadəçi qeyd edib.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər