Elman Rüstəmov manatla bağlı danışdı : İlin sonunadək...
Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərin görə, üzən məzənnə rejiminin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir:
“Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.
Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan baş bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”.
Bu xəbər üçün şərh yazın