Emin Əmrullayevin göz yumdugu Gəncə təhsili-

Emin Əmrullayevin göz yumdugu Gəncə təhsili- Anar Qədimalıyev sinif yoldaşını himayə edir

Srağagün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması faktı gündəmin əsas mövzularından biri oldu.

Hadisəsinin təfərrüatlarına görə, qanlı olay Gəncənin Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Onun barəsində polis tərəfindən müvafiq araşdırmalara başlanıb, iş üzrə cinayət işi açılaraq axtarışları davam etdirilir.

Məktəbdən isə bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meyilli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.

Baş verən bıçaqlanma hadisəsinin ilk dərsdən sonrakı tənəffüsdə baş verdiyi bildirilib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz və kürək nahiyəsinə xəsarət yetirib.

Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gediblər.

Daha sonra, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib. Qədimalıyev qeyd edib ki, hadisə məktəbin koridorunda baş verib.

“Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”-deyə təhsil şefi bildirib.

Hələlik hadisənin hansı səbəbdən baş verməsi aydın deyil.

Demokratik.Az saytı olaya birbaşa aidiyyatı olmasa da, hadisə 8 saylı tam orta məktəbinin direktorunun kimliyinə diqqət çəkir.Məlumata görə, gözlənilməz kriminal hadisənin qeydə alındığı məktəbə Elnur Qasımov rəhbərlik edir ki, bu direktorun da adı müxtəlif vaxtlarda qalmaqallarda və özbaşınalıqlarda hallanıb. Belə ki, Elnur Qasımov ismi Gəncənin 22 saylı və direktor olub sabiq icra başçısı Elmar Vəliyev tərəfindən qovulduğu 14 saylı tam orta məktəblərindəki yarıtmaz fəaliyyəti və müəllim adı ilə eyni araya sığışmayan əməllərilə mətbuata yaxşı tanışdır. Maraqlı məqam sadəcə odur ki, E.Qasımov Gəncənin təhsil müdiri Anar Qədimalıyevin sinif yoldaşıdır və məhz sonuncu tərəfindən 8 saylı məktəbə direktorluğa təyin edilib. Görünür ki, direktor sözügedən məktəbdə də nizam-intizamın təşkilini düzgün həyata keçirə, şagirdlər arasında sağlam mühit qurmağa səylər göstərməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər