Əmir Teymurun türkü aşağılayan Firdovsiyə - Cavabı
Ötən gün İran televiziyasında türklərin aşağılanması, “eşşək” sözünün azərbaycanlılara şamil edilməsi, farsların “ari” xəstəliyinin özünü bir daha göstərməsi İran şairi Əbülqasim Firdovsinin “Şahnamə” poemasını yenidən gündəmə gətirib.
Klassik Şərq ədəbiyyatının abidələrindən hesab olunan bu əsərdəki irqçik, türklərin aşağılanması poemanı bəşəri olmaqdan çıxarır və onu bir millətin özünəvurğunluq xəstəliyinin mənbəyinə çevirir.
Kult.az xatırladır ki, Firdovsinin 30 ilə yazdığı “Şahnamə” poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir.
Rəvayət görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin “Şahnamə”ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir.
Lakin Firdovsinin türkləri aşağılaması unudulmur. Əsərin yazılmasından təxminən bir neçə əsr sonra qüdrətli türk hökmdarı Əmir Teymur İranı fəth edir və “Şahnamə”də türkləri aşağılayan Firdovsinin məzarına gəlir. O, ayağını məzarın üstünə qoyaraq deyir:
“Ey Firdovsi, qalx, qalx da, hər sətrində aşağıladığın “məğlub türkü” indi gör!
Qalx da küfr etdiyin, küçümsədiyin türkə bax!
Qalx, qalx da bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi?
Bağdaddan bu yatdığın yerə qədər fars sağ qoymadım!
Topal ayağımın dəydiyi yerdə ot bitməz oldu…”
Qeyd edək ki, Firdovsi ömrünün son illərində yazdığı “Yusif və Züleyxa” əsərində “Şahnamə”ni özündən uydurub yazdığını etiraf edir və orada yazılanların yalan olduğunu bildirir.
Bu xəbər üçün şərh yazın