Ən dadlı 10 suşi növü (İlk dəfə yeyənlər üçün)
Əgər bu zamana qədər suşinin dadını bilmirsizsə və artıq suşi yemək qərarına gəlmisinizsə, bu məqaləmizdə sizin üçün ən dadlı suşi növləri qeyd olunub. Məqaləni sonra qədər oxuyub ilk suşi təcrübəniz üçün ən doğru seçimi edə bilərsiniz.
İlk öncə onu qeyd etmək istəyirəm ki, qulaqdan eşitmə sözlərlə ömründə heç suşi yeməyən amma suşi haqqında pis düşüncələri olan insanlar çoxdur. Yüz dəfə elə insanlardan eşitməkdənsə, 1 dəfə özünüzün suşinin dadına baxmağınızı məsləhət görürəm.
Qəribə bir hal var ki, ilk dəfə suşi yeyəndə bəzi insanlar fərqli və xoş gəlməyən dad hiss edirlər. Bunun səbəbi heç vaxt dadmadıqları yeni bir dadı kəşf etmələridir. (Hələ ki, onun içində balıq olduğunu bilirsə...) Ona görə də, önyarğını bir kənara qoyub yeməyə davam etmək lazımdır. O zaman suşinin əvəzsiz dadını bilmək olacaq. İndi isə sizə elə ilk dəfədən sevəcəyiniz, dadından doymayacağınız suşi növlərini təqdim edirəm.
Ən sevilən suşi növlərinin siyahısı
Bu siyahıda sizin üçün müştərilərilərimiz tərəfindən saytımızdan edilən sifarişlərə və gələn rəylərə əsasən, ən çox sevilən suşi növləri seçilib.
1. Tomaqo Suşi Roll
Tomaqo Suşi Roll özünə məxsus və digər bütün suşi rollardan fərqlənən dada sahibdir. Dadının belə fərqli və özəl olmasının səbəbi, içində filadelfia pendiri, xiyar, hisə verilmiş hinduşka, yapon omleti, xüsusi kürülü sous olmasıdır.
2. Toyuqlu Suşi Roll
İlk yediyinizdə balıq ilə olan suşi rollar sizi bir az tədirgin edirsə, o zaman Toyuqlu Suşi Roll sizin üçün ən ideal seçim olacaq. Beləliklə, balıq dadı hiss etmədiyiniz üçün ürəklə yeyə biləcəksiniz. Çünkü, tərkibində dadı hamımıza tanış olan qızardılmış toyuq, düyü, bbq sous və xiyar var.
3. Taki Suşi Roll
Taki Suşi Roll filadelfiya pendiri, unaqi, hisə verilmiş qızıl balıq, avakado, tobiko, düyü, nori və xiyarın dadının birləşməsi ilə möhtəşəm bir ləzzətə sahib olmuşdur. Bu şuşini yeyərkən ağzınızda hiss etdiyiniz dadın sizə necə xoş hiss etdirdiyini görüb təəccüblənəcəksiz. Qəribə də olsa suşinin belə bir təsiri var.
4. Cukka Suşi Roll
Cukka Suşi Roll da, özünə məxsus qeyri adi dadı ilə seçilir. Hisə verilmiş qızıl balıq, xiyar, krem pendir, cukka yosunlar və fıstıqlı sousla bu suşi roll sizin sevimli suşi yeməyiniz olacaq.
5. Krablı Kaliforniya Suşi Roll
Kaliforniya Krablı Roll tərkibində tobiko, xiyar, düyü, yapon mayonezi, buzlu yencək (surimi), nori ilə ən sevilən suşi rollardan biridir. Krab sevənlər bu rollu daha çox sevir. Sevməyənlər isə bu suşidən yedikdən sonra sevməyə başlayır.
6. Kaliforniya İsti Suşi Roll
Bütün suşi sevərlərin bildiyi və dadından ağızları sulana-sualana danışdıqları Kaliforniya Suşi Roll sizin də dadmağınız üçün təklif etdiyim bir suşi növüdür. Surimi, xiyar, tobiko, düyü, nori və pankonun birlikdə dadını bu rollda dadacaqsınız.
7. Amerika İsti Suşi Roll
Suşi Yapon mətbəxinin ləziz yeməyi olsa da, bütün dünyada çox sevilir və yeyilir. Dünyanın müxtəlif yerlərində müxtəlif növdə suşilər hazırlanır. Bu suşi növlərinin hər birinin öz xüsusi dadı olur. Belə suşilərdən biri də, Amerika İsti Suşi Rolldur. Tərkibində düyü, hisə verilmiş hinduşka, yapon omleti, xiyar, bibər və panko ilə ən ləzzətli suşi növlərindən biri ünvanını almağı bacarıb.
8. Bonito Suşi Roll
Bonito Suşi Roll qurudulmuş tuna, xiyar, düyü, qızıl balıq teryaki sousda, yapon mayonezi və nori sayəsində aldığı dadı ilə insanlarda bağlılıq yaradan bir suşi növüdür.
9. Unaqi İsti Suşi Roll
Unaqi İsti Suşi Roll düyü, unaqi balığı, nori, filadelfia pendiri, panko, xiyar kimi faydalı məhsullardan hazırlanır. Digər suşi rollar kimi, Unaqi suşi roll da damaqda dad qoymağı bacaran suşilərdən biridir.
10. Midori İsti Suşi Roll
Midori İsti Suşi Roll bu siyahımıza daxil olan sonuncu suşi növüdür. Filadelfiya pendiri, xiyar, düyü, tiger krevet, nori, panko məhsulları ilə hazırlanan bu suşi növü sizin sevə biləcəyiniz, hətta, dostlarınıza da məsləhət görə biləcəyiniz bir suşi növüdür.
Bu məqalədə sizlərə şəxsən özümün yeyərək dadına bələd olduğum və həmçinin restoranımızda qonaq olan, evlərə sifariş verən, ümumiyyətlə suşi sevən insanlardan gələn rəylərə əsasən ən yaxşı Suşi Növlərini tanıtdım. Suşi bitməyən tərifə layiq bir yeməkdir. Suşi Haqqında çox yazmaq, danışmaq olar. Amma ən yaxşısı, sizin özünüzün bu ləziz təamlardan dadaraq fikir sahibi olmağınızdır.
Qeyd olunan bütün suşi növlərində həmin məhsulun adında sifariş səhifəsinə keçidlər qoyulub. Həmin linklərə daxil olaraq sifariş verə bilərsiz. Bunun üçün sadəcə səbətə əlavə edib sonra da sifarişi tamamlamağınız yetərlidir.
Əməkdaşlarımız sifarişlərinizi ən qısa zamanda ünvanınıza pulsuz çatdıracaq.
Unutmayın! Biz sizə ən dadlı Suşi Növlərini sərfəli və Endirimli qiymətlərlə təqdim edirik.
Bu xəbər üçün şərh yazın