Energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq- İnsanın təbii enerjisini alır
Dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən enerji içkiləri, əslində insanın təbii enerjisini alır.
Xəzər Xəbər-in məlumatına görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib.
Qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Aysel Cəlilova bildirir ki, gün ərzində normadan artıq enerji içkisi qəbul etmək olmaz. Bu, orqanizmdə kofeini miqdarının arması səbəbindən olduqca təhlükəlidir.
Aysel Cəlilova deyir ki, enerji içkilərinin tərkibinə əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bununla belə, 18 yaşına çatmamış yeniyetmələr, hamilə qadınlar, süd verən analar, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər belə içkilərdən uzaq durmalıdırlar. Digər tərəfdən, istehlakçıların enerji içkiləri alarkən bəzi məqamlara diqqət yetirməsi də vacib şərtlərdəndir.
Qeyd edək ki, artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.
Bu xəbər üçün şərh yazın