Ər-Riyad Qaşıqçının konsulluqda öldüyünü təsdiqlədi
Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Səud əl-Muacib oktyabırın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqcının ölkənin İstambuldakı Baş Konsullugunda yaranmış münagişə zəminində öldüyünü təsdiqləyib.
Rəsmi məlumata əsasən, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub.
Baş prokuror Səud əl-Muacibin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub.
O bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Səud əl-Kaxtanı vəzifələrindən azad olunublar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın