Ərdoğan ABŞ-a meydan oxudu:"Menbiçə gələcəyik!"
"Biz Menbiçə torpaqlarını əsl sahiblərinə təslim etmək üçün gələcəyik".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən qrup toplantısında çıxışı zamanı deyib.
“Nə zaman bitəcəyini soruşanlara demək istəyirəm ki, siz Əfqanıstan əməliyyatlarını nə vaxt bitirdiniz? İraqdakı əməliyyatları nə vaxt bitirdiniz? 18 il keçib, hələ də oradasınız. Bizim 911 kilometr sərhədimiz var. Bu günə qədər terrorçuların 700-dən çox hücumuna məruz qalmışıq, 100-dən artıq şəhidimiz var. Amerika bunu eşidir? Görür?
Bizə çox sey söylədilər, ancaq doğru danışmadılar. Cənab Obama da doğru danışmadı, Tramp da həmin yoldan gedir. “Menbiçdən çıxacağıq” dedilər. Çıxın görək. Oraya kimləri gətirdiniz? PYD, YPG, PKK-nı yerləşdirdiniz. Hələ də “Menbiçə gəlməyin” deyirsiniz. Biz torpaqları əsl sahibinə qaytarmaq üçün gələcəyik”, – Ərdoğan deyib
Bu xəbər üçün şərh yazın