Ərdoğan bəyan etdi- İran bizim üçün ...
Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil.
Faktinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: "İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir".
Prezident bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə proqramı üzrə sazişdən çıxdığını, əvvəl tətbiq olunan bütün sanksiyaların bərpa edildiyini elan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın