Ərdoğan: "Dostoyevskinin əsərlərinə İtaliyada qadağa qoyulur, bunların kitabları yandıran Hulakilərdən nə fərqi var?"
“Rusiyanın ədiblərinə sanksiyalar tətbiq edilir.
Dostoyevskininn əsərlərinə İtaliyada, fərqli ölkələrdə qadağa qoyulur. Bunların tarixdə Bağdaddakı kitabları yandıran Hulakilərdən nə fərqi var? Bu əsrdə bunları görmək bizi məyus edir. Bu faşist tətbiqlər Ukrayna xalqının mübarizəsinə də kölgə salır.Vəziyyətə baxın,Almaniyada dirijor Putinin dostu olduğuna görə işdən çıxarılır.Belə bir səfehlik ola bilərmi?”
Faktinfo.az xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Güclü olduğunu iddia edən ölkələr haradadır? Sadəcə çoxlu nəsihətlər, məsləhətlər verirlər. Xilas etmək adına atdıqları heç bir addım yoxdur. Heç bir beynəlxalq təşkilatı, xüsusən də BMT Təhlükəsizlik Şurasını uşaqların qətl edilməsi, qadınların fəryad səsləri hərəkətə keçirmədi. Məzlumu dininə, mənşəyinə, dəri rənginə görə fərqləndirən zehniyyətin insanlığa, sivilizasiyaya heç bir aidiyyatı yoxdur” – Ərdoğan qeyd edib.
Bu xəbər üçün şərh yazın