Ərdoğan düzgün etdi, indi biz... - Jirinovski
S-400 raketini almaq istəyən Türkiyə doğru addım atdı. Bu raket Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işinə çox yarayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bildirib.
“Türkiyəyə yönəlik bir təhlükə var. Bu gün kürd problemi beynəlxalq bir məsələ olub. Amerika kürdlərin yanında olmağa və Türkiyəni hədəf almağa hazırdır. Türkiyə və İran isə ABŞ-ın Kürdüstan planlarına qarşıdır", - Jirinovski bildirib.
Partiya sədri Rusiya ordusunun İncirlik hərbi bazasına yerləşməsinin mümkünlüyündən də danışıb:
“Türkiyə gələcəkdə bizə ABŞ və NATO-nun istifadə etdiyi İncirlik hərbi bazasını verə bilər. Ərdoğan zamanla bütün xarici hərbi hissələri Türkiyədən çıxaracaq. Çünki Türkiyədə olan bütün xarici qoşunlar Ankara ilə mübarizə aparacaq. Məsələn, gələcəkdə mümkün hərbi çevriliş, yaxud digər hallarda bu baş verə bilər. Ərdoğan bunun fərqindədir”.
Bu xəbər üçün şərh yazın