Ərdoğan etiraf etdi: Dünyanı idarə edənlərdənəm...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur alman nəşri “Der Şpigel”in üz qabığına yerləşdirilən 4 dünya lideri ilə bağlı illüstrasiyaya şərh verib.
Axar.az xəbər verir ki, türk lider alman nəşrinin bu addımından məmnun qaldığını bəyan edib.
“Almanların bir nəşri var, üz qabığına 4 şəxsin rəsmini qoyub. Biri də mənəm. “Dünyanı idarə edən liderlər” deyilir. Əlhəmdülillah. Bu millətin övladı olaraq bu xidməti son nəfəsimizə qədər davam etdirəcəyik”, - deyə dövlət başçısı bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın