Ərdoğan huşunu itirdi,bunu yorğunluqla əlaqələndirdi
“Bu, yorğunluqla əlaqəlidir”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan məscidinə gələn R. T. Ərdoğan huşunu itirib.
Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətinin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın