Ərdoğan müxalifət namizədini təbrik etdi- Xeyirli olsun...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Moskva səfərindən qayıdarkən Esenboğa hava limanında Ankaranın yeni bələdiyyə sədri CHP-çi Mənsur Yavaş qarşılayıb.
Bu barədə “Hürriyyət” yazarı Əbdülqədir Səlvinin “ASQ təkrar seçki, yoxsa davam deyəcək?” başlıqlı yazısında bildirilib.
“Prezident Ərdoğan Rusiyadan qayıdarkən Esenboğa hava limanına enmişdi. Ərdoğan protokol zamanı Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşı gördükdə əlini sıxır, “xeyirli olsun” deyir. Yavaş isə “təşəkkür edirəm” deyərək qarşılıq verir. Nazirlər və AKP sədrinin müavinləri də Mənsur Yavaşa “xeyirli olsun” deyirlər. Bu seçkilərdə sərt kampaniya dövrü yaşandı, ancaq seçki bitdi. Paytaxtın bələdiyyə sədri ilə prezident arasındakı münasibətlərin normallaşması baxımından vacib olduğu üçün bu dialoqu paylaşdım”, - Səlvi yazıb.
Qeyd edək ki, 31 mart seçkilərində 50.93 faiz səslə qalib gələn CHP namizədi Mənsur Yavaş paytaxt Ankaranın yeni bələdiyyə sədri olub./Axar.az
Bu xəbər üçün şərh yazın