Ərdoğan Pentaqonu “əxlaqsız” adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uaytın Afrinlə bağlı sözlərinə sərt reaksiya verib.
Ərdoğan Afrində mülki vətəndaşların öldürülməsini iddia edən Uayta "Terrorçuya qarşı edilən mübarizədən narahat olursan, yanlış xəbərlər verirsən, bu, vicdansızlıq və əxlaqsızlıqdır", deyə səslənib.
Daha sonra Ərdoğan "Əgər biz mülki vətəndaşlarla terrorçunu ayırmasaydıq, Afrin əməliyyatı çoxdan bitmişdi", deyə bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın