Ərdoğan Səudiyyədən tələb etdi: "Sübut eləyin ki, jurnalist konsulluğun binasından çıxıb..."
Xəbər verildiyi kimi, “Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olduqdan sonra yoxa çıxıb.
Bu hadisə iki dövlət – Türkiyə və Səudiyyə Ərəbistanı arasında böyük gərginliyə səbəb olub.
Türkiyə tərəfi konsulluq binasını və ölkənin bütün sərhəd məntəqələrini bu hadisə səbəbindən nəzarətə götürüb.
Dünya mətbuatı isə jurnalistin konsulluqda öldürüldüyü haqda xəbərlər yayır.
Bu gün Macarıstanda səfərdə olan Türkiyə prezidenti Ərdoğan ölkəsində belə bir hadisənin baş verməsindən bir daha təəssüfləndiyini bildirməklə yanaşı, konsulluq binasının kameralarına işarə vuraraq, Səudiyyə Ərəbistana açıq mesaj verib: “Əgər qarşı tərəf deyirsə ki, jurnalist konsulluğun binasından gəldiyi gün çıxıb, o zaman bunu sübut eləsinlər”.
Ərdoğan deyib ki, jurnalistin tapılması istiqamətində gərəkən bütün addımları atacaqlarını deyib.Strateq.az
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın