Ərdoğan təlimat verdi ,Baykal üçün həkim çağrıldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, CHP-çi deputat Dəniz Baykalla bağlı tapşırıq verib.
Faktinfo.az xəbər verir ki, Ərdoğanın göstərişinə əsasən məşhur beyin cərrahı Uğur Türə Ankaraya Baykalı müalicə etməyə gəlib. Baykalı müayinə edən məşhur cərrah onun vəziyyətinin stabil olduğunu, beyin ölümünün gerçəkləşmədiyini deyib.
Qeyd edək ki, Dəniz Baykal oktyabrın 15-də səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib. Ötən gün onun beyin ölümünün gerçəkləşməsi ilə bağlı məlumat yayılmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın