Ərdoğan Türkiyəyə sürpriz etdi: Onlar kimdir?

Ərdoğan Türkiyəyə sürpriz etdi: Onlar kimdir? 

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb. Türkiyə liderinin açıqladığı siyahıda gözlənilməz simaların yer alması diqqət çəkib.

Yeni hökumətin tərkibində əvvəlki kabinetdən 4 nazir olmaqla bürokratların deyil, özəl sektorun üstünlük təşkil etdiyi müşahidə olunub.

Millət vəkili seçilən 4 nazirin istefa verməsi ilə birlikdə AKP-nin 294 millət vəkili sayı 290-a düşüb. Barat Albayraq, Əbdülhəmid Gül, Süleyman Soylu və Mövlud Çavuşoğlu kabinetin siyasi təmsilçiləri olub.

Yeni kabinetdə siyasətçi, özəl sektor və bürokratiya balansı qorunub, gözlənildiyi kimi, bürokratların üstünlüyü təmin olunmayıb. Özəl sektor daha çox sayda təmsil olunub. Kabinetə 2 qadın nazirin daxil olması ənənəsi dəyişməyib. Keçmiş nazir Atilla Qoçun qızı Zəhra Zümrüd Səlcuq Məşğulluq, Sosial Xidmətlər və Ailə naziri, özəl sektorda CEO kimi çalışan Ruhsar Pekcan isə İqtisadiyyat naziri təyin olunub. Siyahıya AKP-yə ittifaqla dəstək verən MHP-dən rəsmi bir təmsilçi daxil edilməyib.

Yeni hökumətdə əvvəlki dövrlərdə görünməmiş vəzifə təyinatları da olub. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar Müdafiə naziri, “Medipol” özəl tibb klinikasının sahibi Fəxrəddin Qoca Səhiyyə naziri, ETS tur şirkətinin sahibi Məhməd Ərsoy Mədəniyyət və Turizm naziri, “Maya” məktəblərinin sahibi Ziya Səlcuqun isə Təhsil naziri vəzifəsinə gətirilməsi ən çox diqqət çəkən məqamlar kimi yadda qalıb.

Prezident üçün ən azı 3 köməkçi təyinatı gözlənildiyi halda, ilk mərhələdə tək isim açıqlanıb. Keçmiş başnazirlik müşaviri Fuad Oqtay hələlik tək müavin olub. Bu sayın qarşıdakı vaxtda artacağı istisna edilmir./Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər