Ərdoğan yeganə dövlət adamıdır ki... – Almaniya KİV

Ərdoğan yeganə dövlət adamıdır ki... – Almaniya KİV 

1.5 milyardlıq müsəlman dünyası birləşərsə, böyük güc əmələ gətirər.

Faktinfo.az Axar.az --a istinadən xəbər verir ki, bu sözləri alman ekspert Evelina Hekt Qalinski deyib.

“Trampın inanılmaz təxribatından sonra Ərdoğanın verdiyi reaksiya haqlı olmaqdan daha artıq idi. ABŞ-ın Qüds qərarının dünya miqyasında tənqid edilməsinə baxmayaraq, bunun heç bir nəticəsi olmadı. Ərdoğan qərara dərhal reaksiya verən yeganə dövlət adamı oldu”, - Qalinski deyib.

Trampın Qüds qərarının hüquqi əsası olmadığını, atılan bu addımın cavabsız qalmaması gərəkdiyini deyən xanım Qalinski olayı müsəlman dünyasına qarşı hücum kimi qiymətləndirib.

“Bütün müsəlman dövlətlərin Ərdoğanın mövqeyini dəstəkləməsi lazımdır. Trampın qərarına qarşı çıxan 57 İƏT üzvü öz aralarında mübarizə aparmağa davam etdiyi müddətdə bu ixtilaflar Qərbin mövqeyini və yəhudi dövlətini daha da gücləndirəcək. Bu, Fələstin xalqı üçün fəlakətdir. Birləşərsə, 1.5 milyardlıq müsəlman dünya miqyasında gücə çevrilə bilər. Bu isə münaqişələrlə deyil, uyğunlaşma ilə edilməlidir”, - alman yazar bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi