Ərdoğana dəstək üçün şok istefa: O, “Sağın Atatürkü”dür
Türkiyənin Səadət Partiyasının Adıyaman bölgəsinin Kahta mahalının rəhbəri Ramazan Akbalıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək vermək üçün partiyasından ayrılıb.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, Akbalıq Səadət Partiyasının da qeyd-şərtsiz “Cümhur ittifaqı”na qoşulmalı olduğunu bildirib.
“Böyük bir milli dəyərə çevrilmiş ”rəisi-cümhur”umuz üçün “nəyin bahasına olursa olsun, dərhal getməlidir” mövqeyindən əl çəkməliyik. Türkiyə təxminən 100 il sonra, xalqın dili ilə desək, “Sağın Atatürkü” olaraq adlandıra biləcəyimiz tarixi bir şəxsiyyətlə tarixi addımlar atır.
“Cümhur ittifaqı”na heç bir şərt olmadan qoşulmalı, bu qutlu yürüşə dəstək verməliyik. Uğurlu olduğuna görə AKP-ni qısqanıb cizginin kənarında göstərmək, üstəlik də həsəd aparıb, “nəyin bahasına olursa olsun, getsinlər” deyə bir siyasət anlayışı güdərək bu qardaşlarımıza zərər vurmaq bizə yaraşmaz.
Unutmayın ki, Rəcəb Tayyib Ərdoğan və AKP ilə ancaq və ancaq xeyirdə yarışa bilər, yenə onlarla xeyirdə birləşərik. Bu gün birləşmə günüdür və bundan heç bir halda geri qalmayın”, - Akbalıq deyib.
Bu xəbər üçün şərh yazın