Ərdoğandan Qarabağ açıqlaması: Onların taleyi həll edildi!
Qarabağda keçirilən “seçkilər” təkcə Azərbaycanı deyil, Ermənistanı da narahat edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda "Anadolu" agentliyinə müsahibəsində deyib.
"Orada “prezident seçkiləri”nin keçirilməsi cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Azərbaycan bunu hələ də vəziyyəti alovlandıran proses kimi qiymətləndirib. Və əlbəttə, qardaşlarımızın şəhid edilməsi cəhdi hadisələri daha fərqli səviyyəyə qaldırdı. Xəbərdarlıqlar edilib, lakin buna baxmayaraq, heç nə dəyişməyib. Əksinə, proses davam edib, bundan sonra Azərbaycan da addım atdı. Və o, əməliyyatını tez başa vurdu. Mənə məlumat verildi ki, 90-a yaxın mühüm hədəf məhv edilib və bununla da onların taleyi həll edildi”, - deyə Ərdoğan bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın