Ərdoğandan vəliəhdə: Nədən qorxursan?

Ərdoğandan vəliəhdə: Nədən qorxursan? 

Qaşıqçı cinayətini vəliəhd bilməyəcəksə, kim biləcək?

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təhdidləri üzündən Qaşıqçı cinayətinin ört-basdır edildiyini bildirib:

“Tapşırığı verən ad bəllidir. ABŞ-dan gələn heyət belə, demək olar ki, öz aralarında qərar veriblər, amma danışa bilmirlər. BMT-dən, Mərkəzi Kəşfiyyat İdarəsindən gələnlərə kasetləri dinlətdik. Biz ortadayıq, hər formada bunu deyirik. Sənin özündən şübhən yoxdursa, nədən qorxursan? Sağa-sola dollar, neft paylamaqla bu problem həll olmaz”.

Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.//Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi