Ərdoğanın qələbəsinə valyuta bazarı dərhal reaksiya göstərdi-

Ərdoğanın qələbəsinə valyuta bazarı dərhal reaksiya göstərdi- Dollar ucuzlaşdı

Türkiyədə Prezident seçkisində 52.55% ilə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi xəbərinə bazarlar da reaksiya göstərib.

Faktinfo.az marja-ya istinadən xəbər verir ki, həftənin ilk iş günündə dollar/türk  lirəsi məzənnəsi 1,1% düşüb.  Saat 07:52-də məzənnə 4.6240 səviyyəsində olub. Hazırda da lirənin bahalaşması, dolların ucuzlaşması davam edir.

Ötən həftə məzənnə 4.6771 səviyyəsindən bağlanmışdı. Dollar/Avro məzənnəsi də 1,1% düşərək 5,3914 səviyyəsinə geriləyib.

Birja İstanbulun BİST 100 İndeksi ötən həftənin son iş günü 0,84% qalxaraq 95,852 səviyyəsindən bağlanmışdı. Birja açıldıqdan sonra da indeksin yüksələcəyi gözlənilir. BIST 100 indeksi Birja İstanbulda ticarət olunan, bazar dəyəri və əməliyyat həcmi ən yüksək 100 şirkətin səhmlərinin ortaq performansının ölçülməsi məqsədilə yaradılmışdır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi