Ərdoğanın Zəngilan Hava Limanının açılış mərasimində iştirakı...

Ərdoğanın Zəngilan Hava Limanının açılış mərasimində iştirakı... -Eltun Süleymanov

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin işğaldan azad edilən -Füzuli, Cəbrayıl, Qubadlı ,Zəngilan,Kəlbəcər, Laçın rayonlarına və Şuşa şəhərinə mütəmadi səfərləri siyasi-iqtisadi əhəmiyyətə malikdir.

  İşğaldan azad edilmiş rayonlarımıza səfərlər və orada obyektlərin,yolların,körpülərin,məktəb və xəstəxana binalarının təməlinin qoyulması mərasimlərində ölkə prezidentinin iştirakı,ölkəmizin 44 günlük müharibədən sonrakı müddətdə tikinti-quruculuq işlərinə xüsusi əhəmiyyət verdiyinin,bu işlərin İlham Əliyevin nəzarətində olduğunun göstəricisi,Azərbaycanın növbəti uğurlu tikinti-planlaşdırma  imkanlarının nümayişidir.


    2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə,2022-ci il oktyabr ayının 20-də isə  Zəngilan Hava Limanının açılış mərasimini gördük.Hər iki hava limanının açılış mərasiminin bir neçə gün fərqi ilə oktyabr ayına təsadüf etməsi və açılışlara Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyyəti ilə qatılması Ermənistan hakimiyyətinə,bölgədə Azərbaycanı  istəməyən dövlətlərə və sülh prosesini əngəlləmək istəyən ölkə prezidentlərinə ciddi mesajdır.

   Bu fikirləri Faktinfo.az saytının əməkdaşına Zəngilan Hava Limanının açılış mərasiminə münasibət bildirən  Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


  Şuranın sədr müavini Eltun Süleymanov onu da bildirib ki,2023-cü ilin birinci yarım ili qardaş ölkədə TBMM və prezident seçkilərinə təsadüf edəcək.Bundan əlavə Türkiyə aparıcı dövlətdi, gün ərzində onlarla həlli vacib məsələlərlə qarşılaşır.Ərdoğan və AKP üçün önəmli olan belə bir zaman kəsiyində Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilan Hava Limanının açılışına qatılması o deməkdir ki,Azərbaycanın uğuru-uğurumuz,sevinci-sevincimiz,kədəri-kədərimizdir.


  Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə  baş verən hərəkətliliyi yaxından izləyir və daim onun yanında olacaqdır.Bu səbəbdən,Xankəndində erməni ekstrimislərinə vəd verən,onları müharibəyə sövq edən dövlət rəhbərləri unutmasınlar-Türkiyə bütün mənalarda Azərbaycanla çiyin-çiyinədir,Zəngəzur dəhlizi açılmalıdır,ermənistan rəhbərliyi sülh sazişinin imzalanmasını tezləşdirməlidir.

 Faktinfo.az

 




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər