Erməni iş adamı Azərbaycanda taksi xidmətinə başladı, BNA-dan maraqlı reaksiya:“Vətəndaşlar özləri onun xidmətindən imtina etməlidir”

Erməni iş adamı Azərbaycanda taksi xidmətinə başladı, BNA-dan maraqlı reaksiya:“Vətəndaşlar özləri onun xidmətindən imtina etməlidir” 

Erməni əsilli Tiqran Xudaverdiyana məxsus “Yandeks” şirkəti artıq on gündür ki, Bakıda “Uber taksi” firması ilə əməkdaşlığa başlayıb.

Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a taksi sürücüləri məlumat veriblər. Sürücülərin sözlərinə görə, artıq ötən ildən gündəmə gələn “Yandeks”lə “Uber” şirkətinin şərik işləməsi iki həftəyə yaxındır reallaşıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, qurum həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.

O bildirib ki, həqiqətən də fakt doğrudursa, bu məsələdə vətəndaşlar da diqqətli olmalı və həmin taksi şirkətinin xidmətindən imtina etməlidir:

“Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə birbaşa və yaxud, dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.

Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.

BNA sözçüsü əlavə edib ki, ölkə vətəndaşları da bu cür məsələyə bir qədər həssas yanaşmalıdır: “Vətəndaşlar özləri də erməni əsilli şəxsin rəhbəri olduğu şirkətin xidmətindən imtina etməlidir”.

Qeyd edək ki, “Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Xudaverdiyanın təsisçisi olduğu “Yandex Taksi” hazırda 6 ölkədə – Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər