Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, mədəni və dini abidələri qəsdən dağıdıb

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, mədəni və dini abidələri qəsdən dağıdıb 

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri bütün mədəni və dini abidələri qəsdən dağıdıb/

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan, tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparan Ermənistan indi həmin şəxsləri köçürməyə məcbur edilir.

İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan hətta ekoloji cinayət törətməkdən belə çəkinməyib. Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələr fosfor tərkibli silahlarla yandırılacaqdı. İşğal olunmuş ərazilərdəki 67 məscidin 63-ü ermənilər tərəfindən dağıdılıb.

Erməni faşistlərinin, bu ölkənin keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin təlqin etdiyi nifrət, revanşizm ideologiyası birgə evimiz olan Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ermənistan nəhayət ki, Azərbaycana qarşı nifrət ritorikasından birdəflik imtina etməli, çoxmillətli regionumuzun sabit inkişafı, sülh şəraitində birgəyaşayışın təmin edilməsi haqqında düşünməlidir. Onların belə əməlləri nəticəsində Azərbaycana Rusiya sülhməramlıları yeridildi.

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Azərbaycanın məhv edilmiş maddi-mədəniyyət nümunələri Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.

Aqşin Qasımov,

Salyan Gənclər və İdman İdarəsinin rəis müavini

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, mədəni və dini abidələri qəsdən dağıdıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi