Ermənistan öz suverenliyini kimin dövründə itirib? - İrəvanda parlamentdə mübahisə

Ermənistan öz suverenliyini kimin dövründə itirib? - İrəvanda parlamentdə mübahisə 

«Hakimiyyətə nifrətiniz o qədər böyükdür ki, bəzi reallıqları görmürsünüz».

AzPolitika.info Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu noyabrın 3-də Ermənistan parlamentində 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan «Hayastan» blokundan olan deputat Kristine Vardanyanın ittihamlarına cavab olaraq deyib.

Siz deyirsiniz ki, bizim hakimiyyətimiz altında suverenlik itirilir, bir misal çəkməyinizi xahiş edirəm. Bu dövrdə və sizin təmsil etdiyiniz qüvvənin hakimiyyətlə bu və ya digər şəkildə bağlı olduğu dövrdə Ermənistan Respublikasının suverenlik dərəcəsini təhlil edək. Qalmaqallı əməliyyatlar nəticəsində Ermənistan öz infrastrukturunun əhəmiyyətli hissəsini başqa ölkələrə və ya dövlətə verib. Bəzi müstəqil ekspertlər oturub təhlil etsinlər ki, Ermənistan kimin dövründə öz suverenliyini itirib, kimin dövründə suverenliyi möhkəmlənib?», — deyə Mirzoyan ritorik sual səsləndirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər