Əsgərimiz ehtiyatsız davranış nəticəsində həyatını itirdi

Əsgərimiz ehtiyatsız davranış nəticəsində həyatını itirdi 

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Faktinfo.az xəbər verir ki, bu barədə Report.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə dünən, iyunun 29-da baş verib.


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.

Allah rəhmət eləsin!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi