Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan

Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan - VİDEO

Əs ey külək, bağır, ey bəhri-biyaban ləpən... Yaxşı ki, Cəfər Cabbarlı Bakının bu günlərini görmədi, yoxsa küləyə “əsmə” deyə yalvarardı ,bəlkədə...

Bakıda müşahidə olunan küləkli hava bir daha şəhərin kommunal təsərrüfatında həllini gözləyən problemləri gündəmə gətirdi.Külək vaxtında kəsilib götürülməyən çürük ağacları aşırdı,maşınları əzdi,vətəndaşın üzərinə aşdı vəs.

Faktinfo.az mövzunun aktuallığını nəzərə alıb illər əvvəldən bir neçə yazı ilə belə problemlərin hər dəfə təkirarlanmaması üçün BŞİH-nin başçısına çağırış etmiş, saytda bir neçə məqalə ilə çıxış etmişdi.

Həmin məqalələrdən birinin videolu qısa variantını  təqdim edirik:

Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan!

Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən...Bu misra Cəfər Cabbarlının "Ana" şeirindəndir.Yaxşı ki,mütəfəkkir Bakının bu günlərini görmədi,yoxsa küləyə "əsmə" deyə yalvarardı, bəlkədə...

Son günlər az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.Çünkü əsib Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin,Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının,həmçinin BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illərlə ört-basdır etdikləri eyiblərini üzə çıxardırsan,BŞİH-də islahatlara ehtiyac var,mövqeyini gücləndirirsən!

Fuad İsgəndərov

Jurnalist


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi