Ətin qiyməti bahalaşdı,1 kiloqram quzu əti 13 manata satılır
Bakıda ətin ucuzlaşmasına dair informasiyalar özünü doğrultmur.Əksnə son bir həftədə ətin və südün qiymətində artım müşahidə olunur.
Faktinfo.az xəbər verir ki, Bakının Nizami rayonu 238 nömrəli orta məktəbin qarşısında,o cümlədən ətrafda olan bütün ət kəsimi məntəqələrində 1 kiloqram quzu əti 13 manata satılır.Bu qiymət bir həftə əvvəl 12 manat idi. Hazırda sumuksuz mal əti 14 manata,sümüklü dana əti 11,5 manata təklif edilir. 1 letr südün qiymətində isə 40 qəpik bahalaşma müşahidə edilir.
Son beş ayda ətin qiymətində hər hansı ucuzlaşma müşahidə edilmir.Əksnə quzu ətinin kiloqramında 1 manat,biraz əvvəl letri 1 manata satılan südün qiymətində 40 qəpik,bəzi yerlərdə isə 20 qəpik artım müşahidə etmək mümkündü.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın