Əvəz Ələkbərov niyə hədəf seçilib?-Rektor Ədalət Muradov nədən narahatdır?

Əvəz Ələkbərov niyə hədəf seçilib?-Rektor Ədalət Muradov nədən narahatdır? 

Qalmaqalların əskik olmadığı Azərbaycan Dövlət İqtisad Universitetinin adı medianın gündəmindən düşmür,habelə sosial şəbəkələrdə aparılan müzakirələr səngimir.Bu dəfə başqa bir istiqamətdən məlumatlar tirajlanır. Belə ki,bu dəfəki hədəf nə qədər qəribə də olsa,ADİU-nun kafedra müdiri,sabiq maliyyə naziri Əvəz Ələkbərovdur.Nə qədər təzadlı görünsə də,bir qrup müəllim adından mətbuat vasitəsilə Ə.Ələkbərova suallar ünvanlanır və təkidlə ondan cavab istənilir. Açıq -aşkar onun sıxışdırılmasına cəhd göstərilir.

Həmin suallara diqqət yetirdikdə açıq-aşkar görünür ki,verilən sualların əslində Ə.Ələkbərova elə bir aidiyyatı yoxdur.Məntiqlə götürdükdə əslində həmin suallara  ADİU-nun  Tədris işləri üzrə prorektoru Damət Bağırov cavab verməlidir.Ancaq nədənsə D.Bağırovun adı heç yerdə çəkilmir.Belə olan təqdirdə aranı qarışdırmaq istəyən  3-cü qüvvənin (Bəlkə elə D.Bağırovun özünün əli ilə-red.) mövcudluğu məsələsi ortaya çıxır. 

Məqsəd isə bütün günahları Ə. Ələkbərovun üstünə yıxmaq və onu nüfuzdan salmaq cəhdi ola bilər.Məsələ burasındadır ki,ADİU-ya yeni rektor təyin ediləcəyi təqdirdə - hansı ki,bu çox real görünür- ən layiqli namizədin KİV-in yazdığına görə, məhz Ə.Ələkbərovun olacağı müxtəlif dairələrdə dilə gətirilib.Demək ki,ortada qısqanclıq söhbəti var. Belə ki,rektorluq iddiasında olan 3-cü qüvvə də narahatdır, bu səbəbdən qarışıqlıq yaratmaqla mövcud situasiyadan bəhrələnmək niyətindədir.

Eyni zamanda hazırkı rektor Ədalət Muradov da Əvəz Ələkbərovun xoşagəlməz işlərdə adının hallandırılmasında maraqlı ola bilər.Belə ki,Ə.Muradovun özünə ən ciddi rəqib kimi  məhz Ə.Ələkbərovu görməsi heç kəsə sirr deyil.Əgər belə bir narahatlıq yoxdursa, Ə.Muradovun bir neçə sərt  kəlməsi kifayətdir ki,Ə.Ələkbərova hücum edən müəllimlər (söhbət rektora xüsusi yaxınlığı ilə seçilən müəllimlərdən gedir-red.) özlərini yığışdırsınlar. Əgər bu baş veribsə,belə çıxır ki, hazırkı rektor ADİU-da bundan sonra uzun müddət işləyəcəyinə əmin deyil,narahatlıq içərisindədir.

O ki qaldı Ə.Ələkbərovun özünə,onun belə intiriqalarda maraqlı olması ağlabatan görünmür.Çünki,Ə.Ələkbərovun yüksək intellekti,nümunəvi davranışı və həyat yolu hər kəsə bəllidir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər