Əvəz Zeynallı məhkəməyə verilib – Həbsi istənilir
Tanınmış jurnalist Əvəz Zeynallı məhkəməyə verilib.
Bu barədə Ə. Zeynallı "Facebook” profilində məlumat verib. Bildirib ki, onu Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov məni xüsusi ittiham qaydasında məhkəməyə verib: "İddia isə odur ki, jurnalist M. Həsənovun xəbəri olmadan onun portretini internetdə yayıb, bu isə oğurluqdur və oğurluq da cinayət tərkiblidir”.
Ə. Zeynallı bu iddianın gülməli olduğunu yazıb.
Məhkəmə bu gün saat 15:00-da baş tutacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın