Əxlaqsızlıq yuvası aşkarlanan "Təbriz" oteli kimə məxsusdu?

Əxlaqsızlıq yuvası aşkarlanan "Təbriz" oteli kimə məxsusdu? 

Ağstafada oteldə əxlaqsızlıq yuvasının aşkarlanması ilə bağlı yayılan xəbərlər,rayonun bir qrup ziyalısı tərəfindən ikrah hissi ilə qarşılanıb.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə,hiddətə səbəb olan məlumatdan sonra rayon sakinləri otel adı altında əxlaqsızlıq yuvası təşkil edənlərin kimliyinin ictimailəşdirilməsini, "Təbriz" otelin kimə məxsus olmasının aydınlaşdırılmasını istəyir.Rayonda gəzən söz-söhbətlərə görə,əxlaqsızlıq yuvası aşkarlanan "Təbriz" oteli rayonda hansısa vəzifəli şəxslə məxsusdur.

Əlavə məlumat əldə edəcəyimiz təqdirdə xəbərə əlavə olunacaq.

Qeyd edək ki,saytların yaydığı məlumata görə,rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa şəhərində yerləşən "Təbriz" otelində yoxlama aparıblar. Nəticədə otelin birinci mərtəbəsində otaqlardan birinin fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi saxlanıldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi