Əyyub Məmmədov : “Sevib-sevilmək doğrusa əgər”
Jurnalist, şair Əyyub Məmmədovun sayta göndərdiyi "Sevib-sevilmək doğrusa əgər" şeirini Faktinfo.az oxuculara təqdim edir:
SEVİB -SEVİLMƏK DOĞRUSA ƏGƏR
Ürək istəyinə çatarsa əgər,
Həyat gözəlləşib laləzar olar
Sevib-sevilmək doğrusa əgər,
Ömür həmişə coşquyla dolar.
Vallah sevgi gücdür,qüdrətdir
Səni sən edən bir həqiqətdir
Hər çətin, keçilməz, yoxuşlu yolda,
Mətinlik göstərən bir məharətdir.
Gerçək sevgini tapdıqda əgər
Sınayın ondakı böyük hikməti
Qorxunu, hürkünü hər əlaməti,
Gündüzə çevirər gecə zülməti.
Sevgidə uğur, irəliləyiş var
O mayak kimi işıq da saçır.
Sevgidə xeyir, bərəkət də var,
Həyat yollarında çiçəklər açır.
Sevgisiz bir ilə yaşasa insan,
Ömür xəzəl olub quruyar inan
Dərindən ah çəkib yıxılar bir gün,
Qoca palıd kimi sevgisiz insan.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın