“Facebook” Yeni Zelandiyadakı terrorla bağlı 1,5 milyon videonu sildi
“Facebook” sosial şəbəkəsi Yeni Zelandiyada məscidlərə hücumu əks etdirən 1,5 milyon videonu sildiyini bəyan edib.
Bu barədə “Facebook”un “Twitter”dəki səhifəsində yer alan məlumatda bildirilir. Qeyd olunur ki, silinən videolardan 1,2 milyonunun təkrar yüklənməsinin qarşısı alınıb. “Facebook”un Yeni Zelandiyadakı nümayəndəliyinin rəhbəri bildirib ki, sosial şəbəkə videoların silinməsi ilə bağlı qərarı hadisə qurbanlarının qohumlarına hörmət əlaməti olaraq qəbul edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın