Fələstinə hər ay 100 milyon dollar yardım olunacaq- Ərəb ölkələri razılığa gəldi
Ərəb ölkələri Fələstinə hər ay 100 milyon dollar ödəməyə hazırdır.
ONA.az-ın xəbərinə görə , bu barədə Ərəb Ölkələri Liqasının (ƏÖL) nümayəndəsi Mahmud əl-Hümeyri məlumat verib.
Ərəb Ölkələri Liqasının Tunisdə keçiriləcək sammitinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı əl-Hümeyri bildirib ki, Fələstin məsələsi sammitin yekun açıqlamasına ayrıca maddə kimi daxil ediləcək. O, əlavə edib ki, ƏÖL ölkələri qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün birdəfəlik maliyyə yardımı paketlərinin verilməsini planlaşdırır.
Onun sözlərinə görə, sammitdə həmçinin Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin əhəmiyyəti vurğulanacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın