Fəzail İbrahimli və Adil Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib

Fəzail İbrahimli və Adil Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTOLAR

"Həmkarım Fəzail İbrahimli ilə bərabər Xocalı soyqırımı abidəsini ziyarət etdik, faciə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini hörmət və ehtiramla bir daha yad etdik.

 Xocalı soyqırımı insanlıq tarixinin ən böyük cinayətlərindən biridir".

 Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin xarici siyasətində əsas yer tutan məqamlardan biri də, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarını almasıdır: “Bu sahədə Heydər Əliyev Fondu tərəfindən başladılmış "Xocalıya ədalət" kompaniyası çərçivəsində 20-yə yaxın ölkənin parlamenti, eləcə də beynəlxalq təşkilatlar baş vermiş faciəni "Soyqırım" olaraq tanımışdır. 2020-ci ildə qazandığımız tarixi qələbə ilə, bütün şəhidlərimizin qisasını aldıq. Bu gün soyqırım qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edirik. Lakin, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımına kifayət qədər diqqət göstərmir, beynəlxalq ədalət bu günə qədər tam bərpa edilməmiş və günahkarlar layiqli cəzalarını almamışlar”.

Fəzail İbrahimli və Adil Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edibFəzail İbrahimli və Adil Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edibFəzail İbrahimli və Adil Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi