Fəzail İsmayıl Böyükkişi - Görmərəm xeyirxah Əhliman kimi!!!
Görkəmli Azərbaycan filosofu, ictimai-siyasi xadim Əbülhəsən Fərhad oğlu Abbasovla, millət vəkili, həkim-cərrah, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun 70 illik yubileyi barəsində söhbət edirəm. Əbülhəsən müəllim Əhliman müəllimin ağır xəstələrə, kimsəsiz insanlara etdiyi təmənnasız yaxşılıqlarından ehtiramla söhbət açır. Xəyalımdan 4-5 yaşımdan Göyçə yaylaqlarını sevə-sevə gəzdiyim, sonra da Əhliman müəllimlə tanış, dost olduğum 30 ilə yaxın müddət gəlib keçir. Nəhayətdə, bundan ilhama gələrək Əhliman müəllimin 70 illiyi münasibəti ilə, “Görmərəm xeyirxah Əhliman kimi” şeirimi qələmə alıram. İndi həmin şeiri istəkli oxucularımın diqqətinə çatdırıram:
Göyçənin gözündən süzülən qanam,
Köksü çalın-çarpaz Azərbaycanam.
1962-ci il.Şah dağı yaylağı ,Göyçə mahalı
Müəllif
Məlul baxma a Şah dağı,
Alı, Ələsgər oylağı,
Gözüm oldu qan çanağı,
Dağlar küsüb məndən Allah.
25.XII.1988 Müəllif
Mən Allah quluyam, mən əhli-iman,
Dinlə məni əziz dostum Əhliman.
2007-ci il Müəllif
Göyçə dərdi qövr eləyir sinəndə,
Kaş gəzəydin Şah dağını çəməndə,
Ox-xay söyləyəydin şehdə çiməndə,
Çoxdan olub Göyçə viran Əhliman...
Zülmətə nur saçsın ziyan Əhliman!
2007-ci il Müəllif
Yetişmədi köməyiniz, ününüz,
Axır çatdı belə məşum gününüz,
Xiffət çəkib öldü neçə mininiz,
Göyçəlilər yığıldınız Göyçədən,
Haralara dağıldınız Göyçədən.
2007-ci il Müəllif
Vardı gözəllərin həya üzündə,
Vardı igidlərin mərdlik gözündə,
Vardı o yerlərin saflıq özündə,
Göyçəli dostlarım, əhdə vəfalım,
Hanı Göyçə elim, Göyçə mahalım???
2007-ci il Müəllif
Bu odu sönməyən, odlu diyarda,
Bakıda, Şəkidə, sonrasa harda? --
Lerikdə, Qubada, Gəncəbasarda,
Saymaram yaxşını mən yaman kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
Məni uca tutdu, uca xudaya,
Könül verdim haqdan gələn sədaya,
Könlüm düşdü Vətən adlı sevdaya,
Sanıllam yenilməz qəhrəman kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Şairi döyürlər, söyürlər indi,
Şairə divanə deyirlər indi,
Şairin başını yeyirlər indi,
Şairdən qaçırlar toz-duman kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Nə gündüz dayandım, nə gecə yatdım,
Hər sözə can verib, aləm yaratdım,
Bir kimsə çatmayan zirvəyə çatdım,
Yaşaram ömrümü müsəlman kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Savalan dağlıyam, Ağrı dağlıyam,
Azərbaycan məfkurəsi, ağlıyam,
Göyçə-Gədəbəyli, Qarabağlıyam,
Olmaz cənnət məkan, bu məkan kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Gözümdən könlümə hey axar sellər,
Məni sevər haqqı sevən könüllər,
Oxşayın ruhumu ellər, ay ellər,
O da müqəddəsdir din-iman kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Xəstəyəm dərdimə tapan yox əlac,
Qalmışam daxmamda dərmana möhtac,
Bakıdan göylərə eylərəm Merac,
Bakı dönüb olmaz İrəvan kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Əfsus həkimliklə olmadım loğman,
Ehtiyac içində hey sıxıldı can,
Sevmərəm var-dövlət, şan-şöhrət,ad-san,
Sayıllam hamıdan firavan kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Elmi, helmi kamil, ilahi nurlu,
Könlü səxavətli, qəlbi qürurlu,
Ömrünün hər anı keçər uğurlu,
Misilsiz həkimdir o loğman kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
Ona sidq-ürəkdən qardaş deyirəm,
Məsləkdaş deyirəm, sirdaş deyirəm,
O haqqa vurğundur birbaş deyirəm,
Haqla ol, o olsun dost-doğman kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
Hey türklük qaynadır qanı, iliyi,
Gözündən görünür ağlı, biliyi,
Yaşadır müqəddəs Göyçəliliyi,
Ucadan ucadır Alosman* kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
* Alosman – Turk sultanı Osman Qazi
Keçər xəyalımdan keçən min illər,
Bir göz qırpımında köçən min illər,
Bir də Məshərə tək gələn nəsillər,
Əziz mehman görməz bu mehman kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
O Allaha, Allah ona əyandır,
O da Allah kimi bağışlayandır,
Nurunu Günəş tək ərzə yayandır,
Sirli-sehirlidir asiman kimi!!!
Görmərəm xeyirxah Əhliman kimi!!!
Onun ümman könlü qaynayıb coşsa,
Göyçəlilik bu bəladan sovuşsa,
Göyçəlilər Göyçəmizə qovuşsa,
Olar yüz yaşda da o cavan kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Bir saman çöpünə dəyməz bu dünya,
Ölsəm də qaralar geyməz bu dünya,
Fəzail heç səni öyməz bu dünya -
Döndərər üzünü haqq uman kimi,
Görmərəm xeyirxah Əhliman kimi!!!
Yalnız haqqa güvənmişəm Əhliman!!!
(Görkəmli cərrah həkim, akademik, millət vəkili, ictimai siyasi xadim Əhliman Tapdıq oğlu Əmiraslanovun 70 illik yubileyinə həsr edirəm)
Zülmətə işıq var, acıya şirin,
Ələsgər zikr eylə qüdrətin sirrin.
Aşıq Ələsgər
Poeziya sənəti ilahiyyəti, siyasəti, bütün elmləri, bütün ixtisas sahələrini, bir sözlə canlı-cansız aləmdə hər nə varsa özündə təcəssüm etdirən elmlər elmidir!!!
Müəllif
Əbədilər əbədidir köçməyir,
Qələmimdən kimlər gəlib keçməyir...
Müəllif
Nanəcibdən dayanmışam çox iraq,
Qudurğandan iyrənmişəm Əhliman.
Kamilliyin zirvəsində duraraq,
Kim- kimdirsə öyrənmişəm Əhliman.
Yetmiş yaşa otuz yaş da gələsən,
Yüz yaşda da çox cavansan hələ sən,-
Mən deyəni Allah deyir biləsən,-
Göydən yerə enənnmişəm Əhliman.!
Bir vaxt ərşə bülənd oldu fəryadım,
Tərəqqidən tənəzzülə uğradım,
Nə dərdim var onu kəsdim, doğradım,
Ölümdən də dönənmişəm Əhliman!
Daş atanın boş başına daş vurdum,
Loğmandan da, ənginliyə baş vurdum,
Dayazların kasasını daşdırdım,
Dayazları yenənmişəm Əhliman!
Elmi- helmi mən ən varlı insanam,
Ruhən varlı, mənən varlı insanam,
Sədaqətli, etibarlı insanam,
Mərd- mərdanə dinənmişəm Əhliman!
Eşq əhliyəm qəti dana bilmərəm,
Eşqim hopub necə qana bilmərəm?!!
Yar yanmasa mən də yana bilmərəm,
Yarsız yansam, sönənmişəm Əhliman!
Şər adamlar şər içində çərləyər,
Gədalar da gədaları hərləyər,
Tülkülər də müvəqqəti “şir"ləyər,
Ərəm, ərdən törənmişəm Əhliman!
Bilən bilir yaranmışam niyə mən?!!
Kimsəsizə ollam kimsə , yiyə mən!!!
Ədaləti qaldıraram göyə mən!!!
Zülmü yerə sərəmmişəm Əhliman!!!
Vaqiflər var içi kinlə dolubdur,
Nizamsız da Nizamilər olubdur,
Qəlb qıranlar ağlar günə qalıbdır,
Cahilləri görəmmişəm Əhliman!
Pirizmanın dərk edilməz hər üzü,
Aysberqdə daha çoxdur sirr düzü,
İman əhli fəzilətin güzgüsü,
Zülmətə nur verənmişəm Əhliman!
Akademik Ramiz, Ziyad, Rafayıl,
Olublar ziyalı elminə mayil,
Ziyalı nurunla dünyaya yayıl,
Mən ziyalı sevənmişəm Əhliman!
Xainlərdən gözlərim su içməyib,
Könlüm gölməçəni dərin seçməyib,
Bil,Fəzail heç vaxt haqdan keçməyib,
Yalnız haqqa güvənmişəm Əhliman!!!
Yalnız haqqa güvənmişəm Əhliman!!!
Hörmətli istəkli dostum akademik Əhliman Tapdıq oğlu Əmiraslanov bir daha Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, şeirimdə qeyd etdiyim kimi Ulu Göyçə torpağımızın özümüzə qayıtmasını və Sizə yüz yaşınızda gümrahlıq, yaradıcı ömür, xoşbəxtlik arzulayıram!
Hörmət və ehtiramla:
Fəzayil İsmayıl Böyükkişi
Həkim-Şair-Publisist
Faktinfo.az
15.11.2017-ci il
Bu xəbər üçün şərh yazın