Fəzail İsmayıl Böyükkişi - QƏLBİMƏ DƏYMƏ........

Fəzail İsmayıl Böyükkişi - QƏLBİMƏ DƏYMƏ........ 

Dost bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Məhəmməd Füzuli

Yenə ol mah mənim aldı qərarım bu gecə,  

Çıxacaqdır fələkə naleyi – zarım bu gecə. 

     Məhəmməd Füzuli  


Məncə Məcnundan füzun aşiqlik istedadı var, 

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. 

     Məhəmməd Füzuli  


Mənim tək heç kim zarü pərişan olmasın ya rəb! 

Əsiri-dərdi-eşqi -dağı-hicran olmasın ya rəb! 

Məhəmməd Füzuli  

   

Canı kim cananı üçün sevsə cananın sevər, 

Canı üçün kim ki, cananın sevər, canın sevər. 

Məhəmməd Füzuli  

 

  Çalxalandıqca, bulandıqca zaman nəhrə kimi, 

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur! 

M.Ə.Sabir   


Yar qaldın cavabsız suallarımda,  

Bədirli ay olan hilallarımda, 

Göylərə yüksələn xəyallarımda , 

Bilmədim yerdəsə heç düzü kimsən??? 

Bəs niyə könlümə belə hakimsən?!! 

 

Şəninə yazsam da yüzlərlə əsər, 

Şirin xəyallardır hamsı müxtəsər, 

Kaş sənə, dəyməsin pis göz, pis nəzər, 

Çox vermə o dərdi, dərmanı vermə..., 

Olmusan canımın cananı mənə!!! 

 

Yar sənsiz olaram dərdə giriftar, 

Səninlə dünyada mənəm bəxtiyar, 

Söylə həqiqəti, söylə, hər nə var.., 

Ürəkdə dözümün, üzdə həyandır, 

Eşqin gözlərindən mənə əyandır. 

 

Könlündə belədir əhd-peymanın da,  

İstərsən mən olam hər an yanında, 

Boğullam fikirlər burulğanında, 

Yar necə yamandır halım biləsən, 

Dost bivəfa, dövran zalım biləsən... 

 

Hər kim necə, ona hər kim kimiyəm, 

Sənə də saf eşqə ərkim kimiyəm!!! 

“Çalquşu”nda 1 cərrah-həkim kimiyəm!!! 

Bənzətmə qeyriyə məni sevgilim!!! 

Mənimlə, yüz yaşa səni sevgilim!!! 

 

1.Çalı quşunda cərrah – həkim deyəndə -  böyük türk yazıçısı –Rəşad Nuru Güntəkinin “ Çalıquşu” əsərində Nizaməddin əfəndi surəti nəzərlə tutulur. 

 

 Ən uca tutaram ar – qeyrəti mən, 

Heç vaxt gizlətmərəm bu heyrəti mən, 

Yalnız əhv etmərəm xəyanəti mən,  

Adım ləkə tutsa ləkəsi getməz, 

Boğazımdan  namərd tikəsi getməz. 

 

Mənliyim tapdanmaz, vüqarlıyam yar, 

Payızda, qışda da baharlıyam yar, 

Mənə arsız demə, çox arlıyam yar,  

Yaşaya bilmərəm bil arsız-arsız , 

Mən eşqin quluyam, mən eşqin yalnız.. 

 

Məni saymayanı, saya bilmərəm, 

Mən canı hər cana qıya bilmərəm,  

Yar ülvi eşqindən doya bilmərəm, 

Bir zaman Anamdı, indi də Qızım,  

Bir də Sən –günəşli baharım, yazım 

 

Yar sənsiz torpağa, daşa dönərəm,  

Bir andaca kömürləşib ,sönərəm, 

Mənim olsan hər  çətini yenərəm, 

Son qoyaram  sonsuz dərdə, məlala, 

Vətənimi yetirərəm vüsala. 

 

 Ölkəni bürüyüb aclıq, səfalət, 

Əxlaqsızlıq, ədəbsizlik, cəhalət, 

Yırtıcılıq, soyğunculuq, rəzalət, 

Burda düz him, elmi təməl lazımdır, 

Saf düşüncə, xeyir əməl lazımdır. 

 

Bu fikirlər “Avesta”dan gəlmədir, 

Xeyir-şər hər kəsdə ilmə-külmədir. 

Hörmüz xeyir, Əhrimən şər, bil, nədir? 

İnsan kəsdə xeyir-şəri yenməli, 

Yalnız bundan sonra insan dinməli,  

 

Nuram, zülmət ilə öyüşməliyəm 

Xeyir olub, şərlə döyüşməliyəm, 

Allaha münasib dəyişməliyəm, 

Mütləq Allah cümlə varlıq deməkdir, 

Bunu duymaq onu dərk eləməkdir. 

 

Belə söylər: “Cümlə cahan, yer üzü, 

Fəzailin tutiyədir hər sözü!” 

Yar könül bağçamın özüdür,özü??? 

Qəlbinə qurbanam, qəlbimə dəymə, 

Yersiz söz işlədib qəddimi əymə..... 


 

 

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi