Fidandan dünyaya mesaj: “Müharibə bizim bildiyimiz işdir, narahat olmayın!”

Fidandan dünyaya mesaj: “Müharibə bizim bildiyimiz işdir, narahat olmayın!” 

Türkiyənin xarici işlər naziri Hakan Fidan müharibə ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Hakan Fidan qatıldığı televiziya proqramında türk xalqının müharibə təcrübəsindən danışıb.

Nazir bildirib: “Biz müharibənin nə olduğunu bilən xalqıq. Müharibə bizim peşəmizdir. Çoxsaylı müharibələrdə iştirak etmişik. Allah bizi müharibədən qorusun. Amma əgər müharibə baş verərsə, bu, bizim çox yaxşı bildiyimiz bir iş olacaq. Narahat olmayın”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪