Fond 237 tələbənin təhsil haqlarını qismən ödəyəcək

Fond 237 tələbənin təhsil haqlarını qismən ödəyəcək –Müsabiqə ilə bağlı qərar

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan ali təhsil müəssisələrində oxuyan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.

Tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurublar:

“Müsabiqəyə ümumilikdə 724 tələbə müraciət edib.

Onlardan 678 ərizə ilkin texniki ekspertizadan keçmiş və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib”.Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi