Fransada futbol yarışları təxirə salınıb –Federasiya prezidenti
Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb.
Bunda məqsəd koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısını almaqdır.
Federasiya prezidenti Noel Le Qrey açıqlamasında bunu təsdiqləyib: “Fransa liqalarının və bölgələrdəki bütün yarışların dayandırıldığını elan edirəm. Bütün yaş kateqoriyasındakı kişilər və qadınlar arasında, həmçinin həvəskar arasında çempionat, təlim-məşq toplanışları, futbol məktəblərinin məşqi martın 13-dən etibarən qeyri-müəyyən müddətə dayandırılır”.
Liqa1 və Liqa2 federasiyaya tabe olmadığından, qərar bu çempionatlara şamil edilməyib. Ancaq bu yarışlarda da mübarizənin təxirə salınması gözlənilir.apa.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın