Füzuli rayonu ərazisində yas yerləri sadələşdirilmiş şəkildə təşkil olunur- - FOTOLAR
Füzuli ictimaiyyətinin, rayon ağsaqqallarının, rayonun dindar insanlarının, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 8 ilə yaxındır ki, Füzuli rayonu ərazisində yas yerləri sadələşdirilmiş şəkildə təşkil olunur.
Belə ki, yas yerləri israfçılıqdan, təmtəraqdan uzaq, tam sadə və rahat formada həyata keçirilir. Ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su, yuxa olmaqla yeddi əsas predmetlə açılır.
Nəzərə alsaq ki, dinimizdə və müqəddəs kitabımız olan “Qurani-Kərim”də israfçılıq qəbul edilmir, bu addım dini baxımdan olduqca düzgün və vacibdir. Digər tərəfdən isə iqtisadi cəhətdən əhalinin rifahının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, son 8 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi 14 milyondan artıq vəsaitə qənaət edib. Rayon sakinləri həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə orta hesabla 500-1000 manat vəsait tələb olunur.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına – koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur,banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsanməclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir,həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləriyerinə yetirirlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın