Füzuli RİH başçısı bu dəfə kompakt şəkildə məskunlaşmış Gecəgözlülü kəndinin məcburi köçkünləri ilə görüşdü - FOTOLAR
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Gecəgözlü yatağı adlanan ərazidə kompakt şəkildə məskunlaşmış Gecəgözlü kəndindən olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirib.
Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Faktinfo.az səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib. Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Səyyar qəbulda Gecəgözlü yatağı adlanan ərazidə kompakt şəkildə məskunlaşmış Gecəgözlü kəndindən olan məcburi köçkünlərin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Məcburi köçkünlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.
Səyyar qəbul zamanı çıxış edən Gecəgözlü kəndindən olan məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın