Füzulidə şəhid ailələri və qazilər sahibkarlar tərəfindən işlə təmin olunub
Şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biridir.
Faktinfo.az xəbər verir ki, Füzuli rayonunda şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin həll olunması, məşğulluqlarının təmin edilməsi daima diqqətdə saxlanılır.
Bu günlərdə Füzuli rayonunda fəaliyyət göstərən bir qrup sahibkar, iş adamı təşəbbüslə çıxış edərək şəhid ailələrinin, qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun təmin edilməsinə öz töhfələrini vermək istəklərini bildiriblər.
Rayonun iş adamları, sahibkarlar Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə bununla bağlı müraciət edib. Şəhid ailələrinin, qazilərin könüllülük prinsipi əsasında işlə təmin olunmaları üçün Rayon İcra Hakimiyyətində görüş keçirilib, sakibkarlar, iş adamları ilə şəhid ailələri, qazilər arasında müvafiq müqavilələr imzalanıb.
İmzalanan müqavilələr əsasında Füzuli rayonu ərazisində yaşayan 8 şəhid ailəsi və 14 Vətən müharibəsi qazisi işlə təmin olunub. Özəl sektorun nümayəndələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın