Gənc oğlan özünü 13-cü mərtəbədən atdı
Bakıda dəhşətli intihar olub.
Open.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Şıxlınski küçəsi 41A ünvanında qeydə alınıb. Bakı şəhər, Xətai rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Məmmədov 13 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, noyabrın 30-da İ. Məmmədovun itkin düşməsi barədə mətbuatda məlumat yayılıb. Həmin məlumatda qeyd olunur ki, İ. Məmmədov noyabrın 29-da yaşadığı evdən çıxıb gedib və bir daha geri dönməyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın