GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi
Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qətimkan tədbiri seçib.
AzPolitika.info xəbər verir ki, bu gün, martın 2-də məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının general Nizami Məmmədovun barəsində vəsatətinə baxıb.
Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 618 min)mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.
Vəsatət təmin edilərək Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir müddət əvvəl əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyində maliyyə strukturlarında xüsusilə külli miqdarda mənimsəmə faktları müəyyən edilib, həbs olunanlar var. Ordu quruculuğuna ziyan vuran şəxslərin əməlləri ictimaiyyətdə ciddi qınaqla qarşılanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın