GENERALIN QAYNI OĞLU NİYƏ ÖLDÜRÜLÜB? – Qətldə şübhəli bilinən saxlanıldı
Bakıda iki gün əvvəl baş verən qətlin üstü açılıb.
APA.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və Prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.
H.Babaverdiyevlə yanaşı qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri C.Cavadlı və R.Bünyatzadə də saxlanılıb.
İlkin məlumata görə, H. Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev Fərid Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.
Xatırladaq ki, F.Məmmədovun qətlə yetirilməsi ilə bağlı ilk xəbəri APA.az yayıb.
Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.
Bu xəbər üçün şərh yazın